Logistika sektorunun təmsilçilərindən biri olan "Transport Shop MMC" Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib.
Şirkətin AGTL üzvlüyü logistika sektorunda peşəkar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının inkişafı baxımından əhəmiyyət daşıyır.
Transport Shop MMC-nin Assosiasiyanın fəaliyyətində və sektoral təşəbbüslərində iştirakı logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcək.
AGTL olaraq Transport Shop MMC-ni yeni üzv kimi salamlayır, fəaliyyətində uğurlar və qarşılıqlı faydalı əməkdaşlıq arzulayırıq.


