Logistika sektorunun aparıcı şirkətlərindən biri olan və Neqsol Holdingin tərkibinə daxil olan "Norm Logistics MMC" Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul olunub.
Şirkətin AGTL-ə üzv olması logistika sahəsində peşəkar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Yeni üzvlük çərçivəsində Norm Logistics MMC-nin AGTL-in sektoral fəaliyyətində və birgə təşəbbüslərində iştirakı nəzərdə tutulur.
AGTL olaraq Norm Logistics MMC ilə sektorda qarşılıqlı əməkdaşlıq planlayır və şirkətə bu istiqamətdə uğurlar arzulayırıq.


