Azerbaijan Logistics Services MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul olunub.
Şirkətin AGTL ailəsinə qoşulması logistika və xarici ticarət sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi, peşəkar əlaqələrin inkişafı və sektor üzrə təcrübə mübadiləsinin artırılması baxımından əhəmiyyətli addımdır.
Yeni üzvlük çərçivəsində birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi, eləcə də logistika sektorunun inkişafına töhfə verən əməkdaşlıqların gücləndirilməsi nəzərdə tutulur.
AGTL olaraq Azerbaijan Logistics Services MMC-ni yeni üzv kimi salamlayır, fəaliyyətində uğurlar və qarşılıqlı faydalı əməkdaşlığımızın davamlı inkişafını arzulayırıq.


