"Shakh Trans Logistics MMC" AGTL-ə üzv qəbul olunub

"Shakh Trans Logistics MMC" AGTL-ə üzv qəbul olunub

"Shakh Trans Logistics MMC" AGTL-ə üzv qəbul olunub

AGTL-nin üzvləri sırasına yeni logistika şirkəti qoşulub

"Shakh Trans Logistics MMC" Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub.

Logistika sahəsində fəaliyyət göstərən "Shakh Trans Logistics MMC"-nin AGTL-yə qoşulması sektor şirkətləri arasında əlaqələrin inkişafı, təcrübə və fikir mübadiləsinin aparılması, eləcə də yeni biznes əməkdaşlıqları üçün əlavə imkanlar yaradır.

Şirkətin Assosiasiyanın fəaliyyətində iştirakı logistika sektorunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verəcək.

AGTL olaraq "Shakh Trans Logistics MMC"-ni yeni üzvümüz kimi salamlayır, şirkətə uğurlu fəaliyyət və qarşılıqlı faydalı əməkdaşlıqlar arzulayırıq.