AGTL nümayəndələri sahibkarların Dövlət Vergi Xidməti ilə açıq dialoq platformasında iştirak ediblər

29 sentyabr 2026-cı il tarixində AGTL nümayəndələri “Dövlət Vergi Xidməti ilə açıq dialoq platforması” adlı tədbirdə iştirak ediblər.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ölkədə həyata keçirilən vergi siyasəti, biznes mühiti və vergi inzibatçılığının inkişaf istiqamətləri barədə çıxış edib.

Panel müzakirəsində sahibkarların və şirkət nümayəndələrinin sualları cavablandırılıb. AGTL üzvləri tərəfindən gömrük və logistika sektorunda fəaliyyət göstərən üzv şirkətlərin qarşılaşdığı aktual məsələlər səsləndirilib və müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb.

Görüş dövlət-biznes dialoqunun gücləndirilməsi və sahibkarların praktiki məsələlərinin birbaşa müzakirəsi baxımından əhəmiyyətli platforma olub.