Ticarətin Asanlaşdırılması Milli Komitəsinin ikinci iclası keçirilib

Ticarətin Asanlaşdırılması Milli Komitəsinin ikinci iclası keçirilib

Ticarətin Asanlaşdırılması Milli Komitəsinin ikinci iclası keçirilib

30 oktyabr 2025-ci il tarixində Ticarətin Asanlaşdırılması Milli Komitəsinin ikinci iclası keçirilib.

İclasda Komitənin əsasnamə layihəsi və ticarət-logistika sahəsində aktual məsələlər müzakirə olunub. Tədbirin məqsədi ticarət proseslərinin sadələşdirilməsi, gömrük əməliyyatlarında şəffaflığın artırılması və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi olub.

Toplantıda logistika anbarlarının fəaliyyəti, gömrük təmsilçiliyi institutunun inkişafı və tender mexanizmlərində mövcud problemlər barədə fikir mübadiləsi aparılıb. İştirakçılar bu sahələrdə normativ bazanın təkmilləşdirilməsi və rəqəmsallaşmanın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda Komitənin fəaliyyət planına yeni təşəbbüslərin daxil edilməsi və aidiyyəti qurumlarla birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi barədə qərarlar qəbul olunub.