Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının nümayəndələri və üzvləri - 27 oktyabr 2025-ci ildə Bakıda keçirilən “Xi’an–Azerbaijan (Baku) Economic and Trade Cooperation Conference”də iştirak ediblər. Tədbirin əsas məqsədi Xi’an və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, eləcə də Yeni Avrasiya Quru-Dəniz Bağlantı Kanalı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq imkanlarının dərinləşdirilməsi olub.
Tədbir çərçivəsində tərəflər Şensi vilayəti ilə iqtisadi və logistika sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.



