“SG Logistics” MMC Assosiasiyanın üzvü oldu

“SG Logistics” MMC Assosiasiyanın üzvü oldu

“SG Logistics” MMC Assosiasiyanın üzvü oldu

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (“AGTL”) daha bir şirkət qoşulub. Belə ki, “SG Logistics” MMC Assosiasiyanın üzvlüyünə qəbul edilib.

“SG Logistics” MMC logistika və daşımalar sahəsində fəaliyyət göstərərək, beynəlxalq standartlara cavab verən nəqliyyat-logistika xidmətləri təqdim edir. Şirkətin Assosiasiyaya üzvlüyü bu sahədə əməkdaşlığın genişlənməsinə və peşəkar təcrübə mübadiləsinin artmasına töhfə verəcək.