29 oktyabr 2025-ci il tarixində üzvümüz “SR GROUP COMPANY” MMC-nin ofisini ziyarət etdik
Görüş zamanı Assosiasiya rəhbərliyi şirkətin fəaliyyəti və komandası ilə yaxından tanış olub. Həmçinin gömrük təmsilçiliyi və logistika sahəsində aktual məsələlər, rəqəmsallaşma və sahibkarların üzləşdiyi çətinliklər müzakirə olunub.
Sonda Assosiasiya ilə “SR GROUP COMPANY” MMC arasında gələcək əməkdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
“SR GROUP COMPANY” MMC gömrük təmsilçiliyi və beynəlxalq daşıma xidmətləri üzrə etibarlı və peşəkar həllər təqdim edən şirkətdir.



