Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul edilib. “CJ İCM FZCO” Assosiasiyanın rəsmi üzvü kimi qeydiyyata alınıb.
CJ ICM Logistics Türkiyə - Cənubi Koreya beynəlxalq müştərək şirkəti olaraq Azərbaycanda 20 ildən artıqdır ki bütün növ nəqliyyat vasitələri ilə (hava, dəmir yolu, quru, dəniz və multimodal) beynəlxalq yük daşımaları, gömrük rəsmiləşdirilməsi, iri həcmli və iri tonnajlı yüklərin daşınması, anbarlama və s. loqistika xidmətləri göstərməkdədir. Şirkət Orta Dəhliz marşrutu üzrə bütün ölkələr (Çin, Qazaxstan, Azərbaycan, Gürcüstan, Türkiyə və s.) daxil olmaqla, ümumilikdə 293 şəhərdə təmsil olunmaqdadır. CJ İCM Logistics Orta Asiyada, Avropada, Orta Şərqdə və Afrikada ən əhəmiyyətli loqistika layihələrinin həyata keçirilməsində iştirak etməkdədir.
Şirkətin Assosiasiyaya üzv olması logistika sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, sektorda qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi və yerli logistika potensialının inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Assosiasiya "CJ İCM FZCO"-ya gələcək fəaliyyətində uğurlar arzulayır və qarşılıqlı əməkdaşlığın həm şirkət, həm də Assosiasiya üçün faydalı olacağına inanırıq.