"Caspian AS" MMC şirkəti Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının assosiativ üzvlüyünə qəbul edilib.
“CASPIAN AS” MMC şirkəti Bakı, Gəncə ,Xaçmaz, Naxçıvan şəhərində gömrük təmsilçiliyi sahəsində xidmət göstərir. “CASPIAN AS” MMC 2019-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət gömrük orqanları ilə vətəndaşlar arasında etibarlı vasitəçidir. “CASPIAN AS” MMC yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsini edir. Hazırda 3 filial bölgələrdə 5 filial Bakıda fəaliyyət göstərir. Şirkətin hədəfi fəaliyyət sahəsi üzrə innovativ xidmətlər tətbiq etmək, müştəri məmnunluğunu daima qoruyub saxlamaq və Azərbaycan həmçinin beynəlxalq aləmdə etibar qazanmış bir şirkət olmaqdır. “CASPIAN AS” MMC-nin əsas dəyərlərindən biri də kommersiya sirrinin qorunmasına önəm vermək, sifarişçilərə aid özəl, şəxsi ticarət məlumatlarını paylaşmamaq, peşəkar nüfuza zərər verəcək davranışlardan uzaq durmaqdır. Şirkətin əsəs fəaliyyət istiqaməti Gömrük Brokeri xidmətidir. İdxal-ixrac bəyannaməsinin tərtibi, idxal-ixrac proseduruna aid sənədlərin operativ şəkildə həll olunması, idxal-ixrac proseduru zamanı aidiyyatı orqanlara müraciət Fito, Mənşə, Baytarlıq, Gigiyenik, Uyğunluq, sertifikatlarının alınması, Səhiyyədən idxal icazəsinin alınması.