Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının təşkilatçılığı ilə "İdxal-ixrac qanunvericiliyi" adlı təlim keçirilib.
Təlimdə Assosiasiyaya üzv olan şirkətlərin, eləcə də digər gömrük və logistika şirkətlərinin əməkdaşları iştirak edib. Təlimin sonunda iştirakçılara Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının sertifikatları təqdim olunub.