KOBİA yanında İctimai Şuranın səlahiyyət müddətinin başa çatması ilə bağlı görüş keçirilib

KOBİA yanında İctimai Şuranın səlahiyyət müddətinin başa çatması ilə bağlı görüş keçirilib

KOBİA yanında İctimai Şuranın səlahiyyət müddətinin başa çatması ilə bağlı görüş keçirilib

29.11.2024-cü il tarixində Bakı KOB Evində KOBİA yanında İctimai Şuranın səlahiyyət müddətinin başa çatması ilə bağlı KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov və İctimai Şura üzvləri arasında görüş keçirilib.

Görüş zamanı KOBİA-nın dəstəyi ilə İctimai Şuranın müxtəlif sektorlarda sahibkarlara göstərdiyi təşəbbüs, gördüyü işlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Son 2 ildə #KOB-larla bağlı müxtəlif tədbirlər çərçivəsində əməkdaşlığa görə KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov üzvlərə öz təşəkkürünü bildirib.