Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında "Dayanıqlı və Rəqəmsal Ticarət marşurutların və logistika konsepsiyaların gücləndirilməsi" (EasTnT) layihəsi çərçivəsində məlumat xarakterli görüş keçirilib.
Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının əməkdaşları və üzv şirkətlərinin rəhbərləri də iştirak edib. Görüş zamanı layihənin məqsədi və prioritetləri haqqında ətraflı məlumat verilib, layihənin gələcək planları və Azərbaycanın bu layihədə xüsusi rolu haqqında müzakirələr aparılıb.