Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Amerikanın Calstart/Drive to Zero təşkilatı arasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Endorsement of the Global Memorandum of Understanding for Zero-Emission Medium- and Heavy-Duty Vehicles" adlı deklarasiya imzalanıb.
Bununla Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası Qlobal Anlaşma Memorandumunu (MoU) dəstəkləyən və sıfır emissiya öhdəliyinə qoşulduqlarını bəyan edən təskilatların siyahısına daxil edilib.