Logistika və yükdaşıma xidmətləri təqdim edən Mobil Logistics MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib.
Vurğulanıb ki, AGTL-ə qoşulma şirkətin yerli və beynəlxalq logistika şəbəkəsində əməkdaşlıq imkanlarını genişləndirəcək, innovativ həllərin tətbiqinə və xidmət proseslərinin səmərəliliyinin artırılmasına dəstək olacaq. Assosiasiya çərçivəsində Mobil Logistics MMC-nin fəal iştirakı logistika sektorunda institusional inkişafın sürətlənməsinə xidmət edəcək.

