Logistika istiqamətində fəaliyyət göstərən Azər Legal Group MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sıralarına daxil olub.
Bildirilib ki, üzvlük şirkətin sektor üzrə əlaqələrinin genişlənməsinə, logistika proseslərinin optimallaşdırılması sahəsində təcrübə mübadiləsinin artırılmasına və peşəkar əməkdaşlıq imkanlarının güclənməsinə xidmət edəcək. AGTL çərçivəsində qarşılıqlı fəaliyyət Azər Legal Group MMC-nin logistika sahəsində keyfiyyət standartlarının yüksəldilməsinə və bazar iştirakçıları ilə koordinasiyanın möhkəmləndirilməsinə töhfə verəcək.
#AGTL #gömrük #logistics #customs

