Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sıraları genişlənməkdə davam edir. Aznur Logistics MMC Assosiasiyanın üzvlüyünə qəbul edilib.
Qeyd olunub ki, şirkətin AGTL-yə qoşulması logistika sahəsində əməkdaşlıq imkanlarının genişlənməsinə və sektor üzrə peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Üzvlük çərçivəsində təcrübə mübadiləsi, birgə təşəbbüslər və müxtəlif layihələrdə iştirak imkanları nəzərdə tutulur.
AGTL tərəfindən bildirilib ki, Assosiasiya gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi və sektorun dayanıqlı inkişafının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.

#AGTL #gömrük #logistics #customs

