Martın 11-də Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) təşkilatçılığı, Heritus Group MMC-nin sponsorluğu ilə Assosiasiya üzvləri və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.
Tədbirdə Ramazan ayının mənəvi dəyərləri, həmrəylik və birlik prinsipləri vurğulanıb. İştirakçılar arasında qeyri-rəsmi fikir mübadiləsi aparılıb, logistika və gömrük təmsilçiliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd olunub ki, bu cür tədbirlər Assosiasiya üzvləri və sektor nümayəndələri arasında əlaqələrin möhkəmlənməsinə, işgüzar münasibətlərin inkişafına və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.
.jpeg)






