Gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən Export İmport Group MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv olub.
Qeyd edilib ki, Assosiasiyaya üzvlük gömrük rəsmiləşdirilməsi proseslərinin təkmilləşdirilməsi, sahə üzrə qanunvericilik təşəbbüslərində iştirak və peşəkar müzakirə platformasında təcrübə mübadiləsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. AGTL çərçivəsində əməkdaşlıq şirkətin gömrük sektorunda institusional rolunun gücləndirilməsinə və şəffaf biznes mühitinin təşviqinə töhfə verəcək.
#AGTL #gömrük #logistics #customs

