Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Loadstar Logistics MMC arasında üzvlük müraciəti ilə bağlı görüş keçirilib. Görüş zamanı şirkətin logistika sahəsində fəaliyyəti, təqdim etdiyi xidmətlər və bazardakı mövqeyi barədə ətraflı məlumat verilib.
Tərəflər Assosiasiya çərçivəsində əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, üzvlük sektor üzrə peşəkar əlaqələrin genişlənməsinə və logistika xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verə bilər.


#AGTL #gömrük #logistics #customs

