Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Sarr Logistics MMC arasında üzvlük müraciəti ilə bağlı görüş baş tutub. Görüş zamanı şirkətin logistika sahəsində fəaliyyəti, təqdim etdiyi xidmətlər və gələcək inkişaf planları barədə məlumat verilib.
Tərəflər Assosiasiya çərçivəsində əməkdaşlıq imkanlarını, sektor üzrə mövcud çağırışları və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, üzvlük gələcəkdə təcrübə mübadiləsinin genişlənməsinə və peşəkar əlaqələrin gücləndirilməsinə töhfə verə bilər.


#AGTL #gömrük #logistics #customs

