AGTL ilə Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş baş tutub

AGTL ilə Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş baş tutub

AGTL ilə Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş baş tutub

24 fevral tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası ilə Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş baş tutub. Görüş çərçivəsində gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi, “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tətbiqi istiqamətində mövcud qanunvericiliyə dair təkliflər, eləcə də dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi və logistika sahəsində səmərəliliyin artırılması məsələləri müzakirə olunub.

Assosiasiya tərəfindən görüşün gömrük və logistika sektorunda institusional inkişafın gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və qarşılıqlı tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

#AGTL #DGK #gömrük #logistics #customs