Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sıraları genişlənməkdə davam edir. Alliance Multimodal MMC Assosiasiyanın üzvlüyünə qəbul edilib.
Qeyd olunub ki, şirkətin AGTL-yə qoşulması logistika sahəsində peşəkar əməkdaşlıq imkanlarının genişlənməsinə və sektor üzrə təcrübə mübadiləsinin güclənməsinə xidmət edəcək. Üzvlük çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi, sahə üzrə aktual məsələlərin müzakirəsi və biznes əlaqələrinin inkişafı nəzərdə tutulur.
AGTL tərəfindən bildirilib ki, Assosiasiyanın əsas məqsədi gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığı gücləndirmək, sektorun dayanıqlı inkişafına töhfə verməkdir. Alliance Multimodal MMC-nin də bu prosesdə fəal iştirak edəcəyi vurğulanıb.

.JPG.jpeg)
#AGTL #gömrük #logistics #customs

