24 fevral tarixində Bakıda keçirilən “Azərbaycan (Bakı) Ticarət Heyəti və B2B Görüşləri” adlı tədbirdə AGTL nümayəndələri, üzvləri iştirak edib.
Tədbir çərçivəsində AGTL üzvləri Türkiyə İhracatçılar Məclisi İdarə Heyətinin sədri Mustafa Gültəpə və 35 aparıcı türk şirkətinin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq imkanları və yeni biznes tərəfdaşlıqlarının qurulması perspektivləri müzakirə olunub.
B2B formatında təşkil edilən görüşlər AGTL-in üzvləri üçün potensial tərəfdaşlarla birbaşa işgüzar əlaqələrin qurulması, yeni bazar imkanlarının dəyərləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olub.
AGTL gələcəkdə də bu kimi beynəlxalq biznes təşəbbüslərində fəal iştirak etməyi və Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının inkişafına töhfə verməyi hədəfləyir.
#AGTL #gömrük #logistics #customs

