09.01.2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının üzv olduğu KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktoru Vüsal Qasımov da iştirak edib. İclas zamanı İctimai Şuranın sədri seçilib, şuranın gələcək fəaliyyətinə və 2025-ci il üzrə "Tədbirlər Planına" dair fikir mübadiləsi aparılıb.