AGTL-in üzv şirkətləri LOGISTECH 2026 sərgisində təmsil olunacaq

AGTL-in üzv şirkətləri LOGISTECH 2026 sərgisində təmsil olunacaq

AGTL-in üzv şirkətləri LOGISTECH 2026 sərgisində təmsil olunacaq

7–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin İzmir şəhərindəki Fuarizmir sərgi mərkəzində 5-ci Beynəlxalq Logistika, Anbar və Texnologiya Sərgisi – LOGISTECH keçiriləcək.

Sərgidə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və ona üzv olan bir sıra şirkətlər iştirak edəcək. Tədbirdə həmçinin qonaq qismində müxtəlif logistika şirkətləri təmsil olunacaq.

Beynəlxalq logistika və nəqliyyat sektorunun aparıcı nümayəndələrini bir araya gətirən sərgi çərçivəsində logistika, yükdaşıma, anbar, gömrük və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunacaq, B2B görüşlər təşkil ediləcək.

AGTL-in və üzv şirkətlərinin sərgidə iştirakı Azərbaycan logistika sektorunun beynəlxalq arenada təmsilçiliyini gücləndirəcək və Türkiyə ilə əməkdaşlığın inkişafına töhfə verəcək.