Bakı KOB Evində "Orta Dəhlizin inkişafı ilə bağlı" keçirilən sahəvi görüşdə AGTL rəhbərliyi və üzvləri iştirak edib

16 sentyabr 2026-cı il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşəbbüsü ilə “Orta Dəhlizin inkişafında yerli logistika şirkətlərinin üzləşdiyi çətinliklər və mövcud imkanlar” mövzusunda sahəvi görüş keçirilib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri, həmçinin digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Görüş çərçivəsində yerli logistika şirkətlərinin Orta Dəhliz üzrə fəaliyyətində qarşılaşdığı əsas məsələlər, mövcud imkanlar, daşımaların inkişafı, rəqəmsallaşma və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

AGTL nümayəndələri sektorun aktual məsələlərini və assosiasiya üzvlərinin qarşılaşdığı çətinlikləri diqqətə çatdıraraq, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.

Görüş sektor iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın gücləndirilməsi baxımından səmərəli keçib.