Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında əməkdaşlıq memorandumu imzalanıb
17 sentyabr tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum AGTL-in sədri Vüsal Qasımov və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində logistika, gömrük təmsilçiliyi və təchizat zənciri sahələrində fəaliyyət göstərən sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də yeni əməkdaşlıq imkanlarının yaradılması nəzərdə tutulur.
Memorandum çərçivəsində tərəflər biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və sahibkarların fəaliyyətinə dəstək verən birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
İmzalanan sənəd AGTL və İCMA arasında institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də biznes və logistika sektorları arasında əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)



