Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və Dövlət Məşğulluq Agentliyi (DMA) arasında əməkdaşlıq imkanları müzakirə olunub
17 sentyabr 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə gömrük və logistika sektorunda mövcud kadr tələbatı, əmək bazarının sektor üzrə gözləntiləri, uyğun kadrların hazırlanması və işəgötürənlərlə işaxtaranlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin sektorun kadr ehtiyaclarının müəyyənləşdirilməsi, peşə hazırlığı və karyera imkanlarının genişləndirilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində birgə layihə və təşəbbüslərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində gömrük və logistika sektorunun insan resursları üzrə mövcud ehtiyaclarının qarşılanması və sektorun inkişafına töhfə verəcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılığa gəlinib.
.jpeg)
.jpeg)

