AGTL və “Azərbaycan Supermarket” MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL və “Azərbaycan Supermarket” MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL və “Azərbaycan Supermarket” MMC arasında üzvlük müraciətinə dair görüş keçirilib

AGTL ölkənin idxal-ixrac sektorundakı şirkətlərlə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanlarını genişləndirir

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ölkənin idxal-ixrac sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nəqliyyat-logistika üzrə rəhbər şəxsləri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüşlərini davam etdirir.

11 sentyabr 2026-cı il tarixində bu çərçivədə növbəti görüş “Azərbaycan Supermarket” MMC-nin Logistika və Distribusiya Mərkəzi üzrə direktoru Zəfər Kərimov ilə keçirilib. Görüş zamanı şirkətin logistika və distribusiya fəaliyyətinin təşkili, daşımaların səmərəli planlaşdırılması, təchizat zəncirinin idarə olunması və bu sahədə mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin retail sektorunda fəaliyyət göstərən şirkətlərin gömrük və logistika proseslərində qarşılaşdığı məsələlər, bu proseslərin optimallaşdırılması, sektor iştirakçıları arasında təcrübə mübadiləsinin gücləndirilməsi və müasir logistika həllərinin tətbiqi imkanları müzakirə olunub.

Görüşdə AGTL-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə və təşəbbüslər, eləcə də assosiasiyaya üzvlüyün yaratdığı imkanlar barədə məlumat verilib. Gömrük və logistika sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda “Azərbaycan Supermarket” MMC-nin Logistika və Distribusiya Mərkəzi üzrə direktoru Zəfər Kərimova üzvlük sertifikatı təqdim olunub.