Gəncə şəhərində KOBİA-nın Gəncə–Qazax Regional Koordinatorluğu tərəfindən sahibkarlıq subyektləri və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş görüş keçirilib.
Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) nümayəndəsi də iştirak edib. Tədbir çərçivəsində sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, regionda icra olunan layihələr və Agentliyin xidmətləri barədə məlumat verilib.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb. Sonda dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb və sahibkarlara fəaliyyətlərində uğurlar arzulanıb.




#AGTL #KOBİA #ABİF #DMA #DMX

