Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) növbəti iclasında “ARD Logistics” MMC-nin assosiasiyaya üzvlüyü barədə qərar qəbul edilib.
Qeyd edək ki, “ARD Logistics” MMC logistika və gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərir. Şirkətin assosiasiyaya üzvlüyü sektorun institusional inkişafına dəstək göstərmək, üzv şirkətlər arasında əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Assosiasiya tərəfindən bildirilib ki, yeni üzvlərin cəlb edilməsi sahənin şəffaf və peşəkar mühitinin formalaşdırılmasına xidmət edir.

#AGTL #gömrük #logistics #customs

