“OKT Transport” MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib. Qərar assosiasiyanın növbəti iclasında qəbul olunub.
Şirkət nəqliyyat və logistika sahəsində fəaliyyət göstərir və müştərilərə daşımalar və gömrük xidmətləri təqdim edir.
"OKT Transport" şirkəti beynəlxalq və yerli yükdaşıma, logistika, gömrük rəsmiləşdirilməsi və broker xidmətləri sahəsində fəaliyyət göstərir. Uzun illərdi Avropada iri şirkətlərdən biri olan OKT Logistics Holland şirkətlər qrupuna daxil olan şirkət Azərbaycan daxili ,MDB ölkələri, Avropa və region üzrə bütün növ yükdaşımaları, gömrük rəsmiləşdirilməsi, broker xidməti,anbarlama xidmətlərini çevik, dəqiq və təhlükəsiz çatdırılmasını həyata keçirməkdədir. Şirkət gələcək üçün texniki bazanın artırılması,depolama məntəqələrinin yaradılmadsı və yeni texnikaların ölkəmizə gətirilməsini ilə yükdaşımaların həm Azərbaycanın uzaq bölgələridə daxil olmaqla yüklərin təhlükəsiz və vaxtında çatdırılmasıdır.
Şirkətin əsas xidmət istiqamətləri bunlardır:
- Beynəlxalq və daxili istənilən təyinatlı yüklərin daşınması;
- Beynəlxalq dəniz və hava daşımaçılığı;
- Tranzit və multimodal logistika;
- Gömrük rəsmiləşdirilməsi və broker xidməti;
- Kimyəvi, sənaye və qablaşdırma məhsullarının daşınması;
- Anbarlama və paylama logistikası.
Yeni üzvlərin qəbulu sektorun inkişafına, həmçinin şirkətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
#AGTL #gömrük #logistics #customs

