AGTL-nin növbəti regional görüşü Şəkidə keçirilib

AGTL-nin növbəti regional görüşü Şəkidə keçirilib

AGTL-nin növbəti regional görüşü Şəkidə keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL), İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA və GBL GROUP Brokerage & Logistics QSC-nin birgə təşkilatçılığı ilə regionlarda sahibkarlarla görüşlər davam etdirilir. Növbəti görüş Şəki şəhərində keçirilib.

Tədbirdə AGTL-nin rəhbərliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və yerli sahibkarlar iştirak ediblər.

Görüş zamanı gömrük təmsilçiliyi sahəsində mövcud vəziyyət dəyərləndirilib, sahibkarların üzləşdiyi çətinliklər dinlənilib və sektorun inkişaf perspektivləri müzakirə olunub. Sahibkarlar öz təklif və problemlərini səsləndirib, alternativ həll yolları və təkmilləşmə imkanları barədə fikir mübadiləsi aparıblar.

#AGTL #KOBIA #GBL #sahibkar #gömrük #logistics #customs