Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının üzvləri "Qarabağ KOB-ları 2025" tədbirində iştirak ediblər.
“Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına həsr olunmuş tədbirdə şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğunun artırılması, eləcə də biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər müzakirə olunub.
Tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) üzvləri iştirak edərək, bu kimi sosial yönümlü layihələrin ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.


#AGTL #QarabağKob #KOBİA #ƏƏSMN

