Dövlət Gömrük Komitəsinin Akademiyası və AGTL arasında görüş keçirilib 

Dövlət Gömrük Komitəsinin Akademiyası və AGTL arasında görüş keçirilib 

Dövlət Gömrük Komitəsinin Akademiyası və AGTL arasında görüş keçirilib 

Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında görüş keçirilib.

Keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular sırasında Akademiya - özəl biznes subyektləri arasında əməkdaşlıq, Akademiya və Assosiasiya arasında əməkdaşlıq, kadr potensialının yetirişdirilməsində birgə fəaliyyət məsələləri yer alıb. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının heyyəti  Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan müasir tələblərə cavab verən tədris mühiti ilə tanış olublar.