“Caucasus Customs and Logistics” MMC AGTL-yə üzv olub

“Caucasus Customs and Logistics” MMC AGTL-yə üzv olub

“Caucasus Customs and Logistics” MMC AGTL-yə üzv olub

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) yeni üzv qəbul edilib. “Caucasus Customs and Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti Assosiasiyanın rəsmi üzvü kimi qeydiyyata alınıb.

Şirkətin Assosiasiyaya qoşulması logistika və gömrük sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də sektor üzrə təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Assosiasiya “Caucasus Customs and Logistics” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayır və bu əməkdaşlığın şirkətin inkişafına, həmçinin Assosiasiyanın fəaliyyət istiqamətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə inanır.

#AGTL #gömrük #logistics #customs