“Best Logistics and Customer Service” MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasına (AGTL) üzv qəbul edilib.
Bildirilib ki, şirkətin Assosiasiyaya qoşulması logistika və gömrük sahəsində əməkdaşlığın möhkəmlənməsinə, peşəkar təcrübə mübadiləsinin genişlənməsinə və sektorun davamlı inkişafına töhfə verəcək.
Qeyd edək ki, AGTL logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin təşviqi və sahənin rəqabətqabiliyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.

Хэштег#AGTL Хэштег#gömrük Хэштег#logistics Хэштег#customs

