Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları başlayıb

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları başlayıb

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları başlayıb

Bakıda keçirilən və “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunan İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, davamlı inkişaf və regional inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə olunur.

Tədbirdə yüksəksəviyyəli dövlət rəsmiləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri, özəl sektor təmsilçiləri və media nümayəndələri iştirak edirlər. Forum çərçivəsində keçirilən dialoqlar, B2B və B2G görüşləri, eləcə də bilik mübadiləsi sessiyaları dövlət-özəl sektor tərəfdaşlığının və sahibkarlığın inkişafına töhfə verir.

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) rəhbərliyi və üzv şirkətləri də tədbirdə iştirak edərək logistika, ticarətin asanlaşdırılması və regional əməkdaşlıq istiqamətində aparılan müzakirələrə qatılıblar.