Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və assosiasiyaya üzv şirkətlərin nümayəndələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisini ziyarət ediblər.
Ziyarət zamanı qonaqlar sərgidə təmsil olunan yerli şirkətlərin məhsul və xidmətləri ilə yaxından tanış olub, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin təqdim etdiyi yenilikləri nəzərdən keçiriblər. Eyni zamanda, assosiasiyaya üzv şirkətlərin stendləri ziyarət olunub, onların logistika, gömrük təmsilçiliyi, nəqliyyat və təchizat zənciri sahələrində təqdim etdikləri xidmətlər və innovativ həllər barədə ətraflı məlumat əldə edilib.
Görüşlər çərçivəsində biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Sərginin yerli şirkətlərin tanıdılması, işgüzar əlaqələrin möhkəmləndirilməsi və sahibkarlar arasında əməkdaşlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.







