Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Food City Agrocomplex arasında işgüzar görüş keçirilib
Xudat şəhərində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi və üzv şirkətlərinin nümayəndələrinin iştirakı ilə FoodCity Aqrocomplex-ə işgüzar səfər təşkil olunub.
Səfər çərçivəsində iştirakçılar müəssisənin fəaliyyəti, istehsal imkanları və inkişaf strategiyası ilə yaxından tanış olublar. Görüş zamanı aqrar-sənaye sahəsində mövcud potensial, logistika və təchizat zəncirinin inkişaf perspektivləri, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin Foodcity Agrocomplex rəhbərliyi ilə keçirilən görüşdə gələcək birgə fəaliyyət və əməkdaşlıq perspektivləri müzakirə olunub.





