AGTL və Atəşgah Sığorta arasında işgüzar görüş keçirilib

AGTL və Atəşgah Sığorta arasında işgüzar görüş keçirilib

AGTL və Atəşgah Sığorta arasında işgüzar görüş keçirilib

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi ilə Atəşgah Sığorta⁠ nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı logistika və gömrük təmsilçiliyi sahəsində fəaliyyət göstərən şirkətlərin sığorta təminatı, risklərin idarə olunması və sektorda mövcud əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər daşımalar zamanı yarana biləcək risklərin minimuma endirilməsi, sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və müştəri məmnunluğunun artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində logistika sektorunun dayanıqlı inkişafına töhfə verəcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb. Tərəflər qarşılıqlı əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.



#AGTL #gömrük #logistics #customs