Bakı KOB Evində "Gələcəyin Assosiasiyaları" layihəsi üzrə korporativ görüş keçirilib.
Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının əməkdaşları və idarə heyətininin üzvləri, Azərbaycan Mikro-maliyyə Assosiasiyasının əməkdaşları və digər Assosiasiyaların rəhbər şəxsləri iştirak edib. Görüş zamanı AGTL-in fəaliyyəti barədə geniş məlumat verilib, gördüyü işlə yaxından tanış olunub və KOB subyektlərinin gömrük və logistika sektorunda qarşılaşdığı problemlər dinlənilib.
Görüşün təşkilində əməyi keçən Azərbaycan Mikro-maliyyə Assosiasiyasına (AMFA) və "Gələcəyin Assosiasiyaları" (AFA)- na dərin minnətdarlığımızı bildiririk.