“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin 4 sentyabr 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “İctimai Şura haqqında” əsasnaməyə uyğun olaraq, 27.12.2024-cü ildə KOBİA yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Seçkidə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası da namizədliyini irəli sürüb.
Səsvermənin nəticəsi olaraq Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası KOBİA yanında İctimai Şuranın 15 üzvündən biri seçilib.