20.12.2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə ərsəyə gələn AFA-Gələcəyin Assosiasiyaları Akademiyası benefisiar və biznes assosiasiyaları ilə görüş təşkil edib.
Görüşdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının əməkdaşı da iştirak edib. Görüş zamanı AFA-nın son 3 ildə gördüyü işlər, benefisiar və biznes assosiasiyalarının layihədə iştirakı və gördüyü işlər barəsində müzakirələr aparılıb.
Sonda AFA tərəfindən biznes və benefisiar assosiasiyalarına aktiv iştiraklarına görə sertifikatlar təqdim olunub.