25.12.2024-cü ildə Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasında qarşılıqlı əməkdaşlıq üzrə görüş keçirilmişdir.
Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarının Assosiasiyaya üzv olan gömrük və logistikaüz rə KOB subyektlərində praktiki biliklərə yiyələnmək, işlə təminatı üzrə dəstək, tələbələr üçün masterclassların və təlimlərin keçirilməsi üzrə mövzular müzakirə olunub. Həmçinin Assosiasiya rəhbərliyi görüş zamanı bu fəaliyyətlər üzrə lazım olan dəstəyi görəcəyini və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib.