Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası gömrük təmsilçiliyi üzrə fəaliyyət göstərən üzvləri ilə növbəti görüşünü keçirib.
Görüşün əsas məqsədi gömrük təmsilçiyi sahəsində mövcud vəziyyətin müzakirəsi və sektorun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Görüş zamanı sahibkarlar mövcud çətinlikləri səsləndirib və onlara dair alternativ həll yolları, təkmilləşmə imkanları nəzərdən keçirilib.
Sonda Assosiasiya rəhbərliyi bildirib ki, sektorun inkişafı üçün üzvlərlə mütəmadi dialoq böyük əhəmiyyət daşıyır. Görüş həm əməkdaşlığın gücləndirilməsinə, həm də vahid mövqelərin formalaşmasına töhfə verib.





#AGTL #gömrük #logistics #customs

