Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) rəhbərliyi və üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib. Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı səhifələrindən biridir.
AGTL nümayəndələri şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyini bildiriblər.






