Assosiasiyanın nümayəndələri GLT Transport MMC-nin ofisini ziyarət ediblər

Assosiasiyanın nümayəndələri GLT Transport MMC-nin ofisini ziyarət ediblər

Assosiasiyanın nümayəndələri GLT Transport MMC-nin ofisini ziyarət ediblər

Ziyarət çərçivəsində Assosiasiya rəhbərliyi şirkətin fəaliyyəti, komandası və göstərdiyi xidmətlərlə yaxından tanış olub. Görüş zamanı GLT Transport MMC-nin həyata keçirdiyi layihələr, beynəlxalq və daxili daşımalar sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, logistika sektorunda mövcud vəziyyət, qarşıya çıxan çətinliklər, rəqəmsal təkliflər və sahənin perspektivləri müzakirə olunub. Görüşdə Assosiasiya ilə GLT Transport MMC arasında qarşılıqlı əməkdaşlıq imkanları və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, GLT Transport MMC logistika və yükdaşıma sahəsində etibarlı və peşəkar xidmətlər təqdim edən şirkət kimi fəaliyyət göstərir və 2025-ci ildən Assosiasiyanın üzvüdür.

#AGTL #gömrük #logistics #customs